Beauttech

Ilk Beauttech gözəllik salonu 2008-ci ilin aprel ayında açılıb. 2009-cu ildə salon daxilində Beauttech stilist məktəbinin açılması ilə bağlı qərar qəbul edilib.

Şirkətdə çalışan 40-a yaxın stilistin hamısı Beauttech stilist məktəbinin məzunudur. 1 il yarım, iki il davam edən təhsili uğurla bitirən məzunlar Beauttech şəbəkəsində işlə təmin olunurlar.
2-ci filial 2010-cu ildə
3-cü 2011-ci ildə
4-cü 2013-cü ildə
5-ci 2016-cı ildə açılıb.
6-cı filial kişi salonudur, 2017-ilin dekabrında açılıb.

Hazırda Beauttech-in 6 filialı, 150 nəfər işçisi var. Onlardan 90 nəfəri stilist və ustalar, qalanları isə menecment, servis, mühasibat və ofis işçiləridir.

Filiallar:
Beauttech Babek Plaza
Beauttech Yeni Həyat (Azur Bizness Center)
Beauttech Torqovu
Beauttech Statistika
Beauttech Hilton (Hilton Hotel)
Beauttech for Men (Babek Plaza)

Bütün ustalar daim Azərbaycan və xarici ölkələrdə təşkil edilən peşəkar təlimlərə qoşulurlar. Beauttech-in idarəetmə sistemi daim dəyişir, yenilənir. 2 il əvvəl xüsusi CRM proqramı tətbiq olunub və şəbəkəyə uğur gətirib. Proqramın köməyi ilə müştəri bazası günü-gündən genişlənir, şirkətdə müştəri üçün bonus sistemi də yaradılıb. Daimi müştərilərə ödənilən məbləğin 5 faizi geri qaytarılır. Şirkətdəki Call center yüksək səviyyədə çalışır.