Category

Yazılar

Category

Qadına qarşı zorakılığa son dövrlərdə hər addımbaşı rast gəlirik. Savadsız kütlənin hesabına…

Bəli, baş verənlərin bu mərhələdə səbəbi təhsilə bağlıdır. Onun da vəziyyəti paytaxta nisbətən regionlarda olduqca acınacaqlıdır.

Yekunda iki yarımlıq sinif təhsili olan, humanizm, insanlıq və sosial inkişafdan xəbərsiz bir insan yetişir. Köhnəlmiş ənənələrlə həyata primitiv heyvani yanaşmanın qarışığı zorakılıq və qadın ölümü ilə nəticələnir.

Elə oturmadın, elə baxmadın, öz fikrini bildirdin, şəxsi planlarını qurdun, zamanında hamilə qalmadın, bakirəliyin pozulmasına şübhə yeri var, qonşu oğlanla görüşdün kimi  səbəblər güclü cinsin zorakılığa əl atmasına imkan yaradır, insanın heyvani hislərini üzə çıxardır. 

Möhkəm, əxlaqlı və mədəni cəhətdən inkişaf etmiş cəmiyyətin əsasında həmişə bilik durur, bunu da zamanında insanlar arasında məcburi yaymaq lazım gəlib. Dünyaya oğul-qız gətirən, onları tərbiyə edən savadlı qadın da cəmiyyətin təməlini təşkil edir.

Tarixə islahatları və Türkiyəni işğalçılardan azad etməsi ilə düşmüş bir görkəmli şəxs vaxtilə qadınları pərəncəni atmağa məcbur etdi və bütün qızları hər kənddə açdığı məktəb partası arxasına oturtdu.

Uzaqgörən bir şəxs kimi o, savadlı qadının uşağı tərbiyə etməklə həyatın bünövrəsini dəyişə biləcəyini anlayırdı. Əlbəttə, hazırda baş verənlər hər zaman olub. Amma biz özümüzü müasir cəmiyyət kimi görürüksə, deməli bu problemə diqqət yetirməliyik. Qadının hüququ qorunmalıdır.

“Salonlar-ölü canlar”. Kreslo və yerin icarəsi ilə məşğul olan gözəllik salonları belə adlanır. Əgər salona böyük pullar yatırılıbsa, növbəti salonun möhtəşəm olacağı və gözəllik…