Haqqında

Elnarə Nəhmədova 1977-ci il mayın 16-da Bakıda anadan olub. Paytaxtın 158 saylı orta məktəbini 1994-cü ildə bitirib.


18 yaşında Bakının “Gənclik” adlı populyar gözəllik salonlarından birində köməkçi vəzifəsində çalışıb. Bir il sonra müstəqil fəaliyyətə başlayıb.


2002-ci ildə əsas tədris məktəbi və laboratoriyası Almaniyanın Darvşadt (Darmstadt) şəhərində yerləşən Wella Professional şirkətində biliklərini artırır, müvafiq diploma layiq görülüb. Dəfələrlə Wella, Shwarchof, Loreal,Paul Mitchell kimi şirkətlərin seminar və təlimlərində iştirak edib. İspaniya, İtaliya , Almaniya, Rusiya, Xorvatiya, Malta kimi ölkələrdə keçirilən təlimlərin daimi üzvüdür. Xarici ölkələrdə təşkil olunan təlimlərə ən azı ildə iki dəfə qoşulur.
2003-2007 illərdə Wella Azerbaijan komandasının top stilisti kimi Hair show-nun nümayişlərində iştirak edib.


2008-ci ildə Beauttech gözəllik salonunu, bir il sonra isə salonda qadın stilistlərini hazırlayan məktəb yaradıb. Burada təhsil adətən 1,5-2 il davam edir, məktəbi uğurla bitirən gənc mütəxəssislər Beauttech salonlarında işlə təmin olunurlar.


2010-cu ildə Beauttech salonunun ikinci filialı açılır.


2010-2015-ci illərdə Paul Mitchell şirkətinin təlimçisi kimi Azərbaycanda məhsul üzrə təlimlər və ustad dərsləri keçirib. 2013-2017-ci illərdə biznesin genişlənməsi baş verir. Daha 3 filial açılır.
2018-ci ildə Beauttech for Men kişi filialı fəaliyyətə başlayıb.

Hazırda Beauttech salonlarında işləyən stilistlərin hamısı Beauttech məktəbinin yetirməsidir. Manikür xidmətinin işçiləri, kosmetoloq və lazeroloqlar da daxil olmaqla Beauttech salonlarında ümumilikdə 150 insan çalışır.


Subaydır. Bir oğlu, bir qızı var. Uşaqlar İstanbulda yaşayır və təhsil alırlar.